Yırtıq “qrıja” nədir?
Yırtıq (“qrıja”) nədir?
Qarın ön-divarın zəif yerlərindən (yırtıq qapısı) qarın daxili orqanların dərialtına çıxmasına yırtıq deyilir. Qarın daxili təzyiq qalxdıqda bağırsaq ilgəyi, piylik və s. Orqanlar bu yırtıq kisəsinin içərisinə keçə bilər. Yırtıq zamanı kəskin ağrılar və ya boğulma ilə nəticələnən hallarda təcili cərrahi əməliyyata ehtiyac olur.
Yırtıq qadın və kişilərdə rast gəlir. Yırtıq anadangəlmə və həyat boyu formalaşan, qazanılmış olur. Yırtıq öz-özünə kiçilib və ya yox ola bilməz. Yeganə müalicə metodu cərrahidir. Laparoskopik hernioplastika (“qrıja”) – Əməliyyatdan sonrakı ağrının azalması və sağalmanın tez olması ilə fərqlənən yeni yırtıqların mini-invaziv müalicə üsuludur. Göbək altından 1 sm-lik kəsikdən kameraya birləşdirilmi nazik endoskop yeridlir. Əlavə 2 nöqtədən 0.5 sm-lik kəsiklərdən xüsusi nazik işlək hissəsi 2 sm olan alətlər salınır, yırtıq kisəsi ayrılır. Yırtığın arxa divarına prolen tor bərkidilir.
Laparoskopik əməliyyatın üstünlükləri.
- Cərrahi əməliyyat zamanı istifadə olunan prolen tor “dartqısız cərrahiyyə növüdürki, bu zaman qarın daxili təzyiq geniş prolen torun üstünə düşür. Buda residiv (yenidən əmələ gəlmə) şansını azaldır.
- Laparoskopik yırtıq plastikası zamanı bud-qasıq nahiyyəsində, düz və çəp yırtıqların müalicəsi geniş torun istifadəsi ilə bir əməliyyatda həll olunur.
3. Prolen tor ay yarım vaxtda sonra orqanizmin toxumaları tərəfindən şəbəkələnərək möhkəm bir sipər formalaşdırır. - Xəstə əməliyyat günü aktivləşir, sabahı gün evə yazılır.
- Evə yazılarkən xüsusi pəhriz və dərman müalicəsinə ehtiyac olmur.
- İkitərəfli yırtıq hallarında əməliyyata iki ədəd geniş kəsiyə ehtiyac olmur.