Qasıq yırtıqları
Anadangəlmə qasıq yırtıqları.Əsas səbəbi embrional dövrdə qarın divarının zəif inkişaf etməsidir. Qazanılmış qasıq yırtıqları çəp,düz,sürüşkən formaları ayırd edilir.
Çəp qasıq yırtığı zamanı daxili orqanlar toxum ciyəsinin içindən keçir,düz qasıq yırtığı zamanı isə toxum ciyəsinin tışından Yırtığın kanal forması kisənin dibi qasıq kanalının xarici dəliyinə qədər çatır. Ciyə formasında yırtıq kisəsi qasıq kanalının xarici dəliyindən çıxaraq,toxum ciyəsi elementləri içərisində müxtəlif səviyyədəyrləşir. Qasıq-xayalıq yırtığı zamanı yırtıq xayalığa enərək onu dartıb genəldir. Sürüşkən qasıq yırtığı zamanı yırtıq kisəsinin bir divarını mezoperitoneal yerləşmiş üzv təşkil edir(sidik kisəsi,kor və qalxan çənbər bağırsaq).Bəzən isə yırtıq kisəsi olmayır. Düzəlməyən yırtıq çox vaxt xayalığın ölçülərini böyüdür və hidroseleni xatırladır.differensasiya üçün diafonoskopiyadan istifadə olunur.
QASIQ YIRTIĞININ əmələ gəlmə səbəbləri:
- Daimi ağır fiziki işlə məşqul olmaq
- Siqaret çəkənlərdə xroniki öskürək
- Allerqiya zamanı tez-tez asqırmaq
- Qəbizlik
- Yüksək bədən çəkisi(piylənmə)
- Hamiləlik
- Çətin doğuş
- Sidik ifrazının çətinləşməsi
QASIQ YIRTIĞI simptomları
- Qarında ağırlıq hissi
- Əmək qabiliyyətinin aşağı düşməsi
- Yürüş zamanı narahatçılıq hissi
- Qasıq nahiyyəsində əmələ gələn və üfüqi vəziyyətdə qarın boşluğuna qayıdan müxtəlif ölçülü şişkinliklər
- Ağırlıq qaldırandan sonra və gərginlik zamanı şişkinlik üzərində əmələ gələn ağrı
Diaqnostikası:
- Cərrahın müayinəsi
- Xayanın və qasıq kanalının USM
- Irriqoskopiya
- Hernioqrafiya
Müalicəsi:
- Əməliyyat kəsiyi-qasıq kanalının açılması.
- Yırtıq kisəsinin ətraf toxumalardan ayrılması,açılması,möhtəviyyatın qarın boşluğuna salınması,kisənin tikilib bağlanması və xaric edilməsi. Qasıq kanalının daxili dəliyi tikilərək daraldırılır(0,6-0,8 sm-ə qədər). Qasıq kanalının plastikası.