03 Aprel 2017

Qarın divarı yırtıqlar

İnsanın qarın divarında zəif yerlər var – göbək, qasıq kanalı, qarının ağ xətti (qarının ortasından gedən xətt). Bu yerlərdə yırtıqların əmələ gəlməsi riski daha çoxdur. İrsiyyətin də burada böyük rolu var. Bəzi ailələr var ki, bu ailələrin bir neçə üzvündə yırtıqlar olur. Buna səbəb əzələlərin zəif olmasıdır. Digər səbəblər arasında – ağır əşyaların qaldırılması və daşınması, qadınlarda hamiləlik və doğuş, güclü və uzunmüddətli öskürək, piylənmə. Bundan əlavə əməliyyatdan sonra çapıq yerində yırtıqlar əmələ gələ bilər. Xəstəliyin əvvəlində fiziki gərginliklər zamanı yırtıq olan yerdə yüngül ağrılar ola bilər. Xəstəlik inkişaf etdikcə insan qarın nahiyəsində oval formasında qabartmanın olmasını müşahidə edir. Bu o deməkdir ki, qarın divarında yırtıq qapısı əmələ gəlib. Bu yırtıq qapısından dəri altına yırtıq kisəsi çıxır ki, bu yırtıq kisəsində daxili orqanlar (bağırsaq ilgəkləri, piylik və s.) olur. Yırtıq fiziki işlə, idmanla məşğul olmağa mane olur, ağrılara səbəb olur. Ən əsası isə odur ki, yırtıq kisəsində olan daxili orqanların normal fəaliyyəti pozulur, orqanlar travmalara məruz qalır, bitişmələr əmələ gələ bilər. Xəstəliyin əvvəlində xəstə özü yırtığı yerinə sala bilir, lakin vaxt keçdikcə yırtıq böyüyür və onu yerinə salmaq mümkün olmur. Nəticədə yırtıq boğula bilər. Bu isə çox ciddi ağırlaşmadır. Yırtıq qapısına çıxan daxili orqanlar (adətən bağırsaq ilgəkləri) geriyə, öz qanuni yerinə qayıda bilmir və nəticədə burada nekroz (toxumaların həlak olması) inkişaf edir. Yırtıqlar özü özündən keçmir və bağlanmır. Burada yeganə müstəsna hal – 5 yaşına kimi olan uşaqlarda göbək yırtıqlarıdır (5 yaşına kimi bu yırtıq özü özündən bağlana bilər).

Yırtığın yeganə müalicə üsulu cərrahi əməliyyatdır. Əməliyyat zamanı bir çox hallarda yırtığın yerini bağlamaq üçün torlu implantant istifadə olunur. Torlu implantantın qoyulması yırtıqların müalicəsinin “qızıl standartı” sayılır. Bu metodikanın sayəsində yırtığın təkrar əmələ gəlməsi riski, demək olar, sıfıra bərabərdir. İmpalantant tək yırtıq qapısını bağlamır, o, həmçinin zəifləmiş birləşdirici toxumanı bərkidir. Faktiki olaraq, yırtığın üzərinə yamaq qoyulur. Tor müəyyən elastikliyə malikdir ki, insana fiziki iş zamanı mane olmur.

Əksər hallarda belə əməliyyatdan sonra xəstə 1 gün ərzində klinikada qalır və sonra evə buraxılır. Xəstə daha tez bərpa olunur, ağrılardan daha az əziyyət çəkir.
Bəzən xəstələr həkimlərə sual verir: mən bandaj taxıram, mənə əməliyyat lazımdırmı?

Bandajın taxılması yırtıq qapısını bağlayaraq orqanların yırtıq kisəsinə çıxmasına imkan vermir. Lakin bu müvəqqəti tədbirdir. Bandaj yırtığı müalicə etmir, yırtığın boğulmasına mane olmur. Əksinə uzun müddət ərzində bandajın taxılması yırtıq kisəsində bitişmələrin və çapıqların əmələ gəlməsinə səbəb olur ki, bu gələcəkdə əməliyyatın həyata keçirməsinə mane olur. Bu səbəbdən bandaj yalnız əməliyytın həyata keçirməsinə ciddi maneələr (məsələn, hamiləlik) olduqda müəyyən müddət ərzində tətbiq oluna bilər.[/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column width=”2/3″][vc_column_text]Yırtıq, qarın divarındakı yırtıqdan xaricə çıxan daxili orqanların, dəri altında bir şişlik yaratmasıdır. Şişlik bəzən yaranır və bəzən də yox olur. Xəstə ayağa qalxdığı zaman, öskürəndə və s. hallarda şişlik ortaya çıxır, kürək üstünə uzananda isə yox olur. Yatanda şişliyin yox olmasının səbəbi yırtıq kisəsinin içindəki orqanların qarın içinə qayıtmasıdır. Qarın divarında şişliyi əmələ gətirən daxili orqanlar, əsasən bağırsaqlardır. Yırtıqlar böyüdükcə şişliklər çox vaxt xaricə çıxmış vəziyyətdə qalır və xəstə rahatlamaq üçün yırtığı içəriyə doğru salmağa çalışır.
Qarın divarı yırtıqları anadangəlmə və ya qazanılmış (sonradan yaranan kiçik bir nöqtədən əmələ gələ bilər) ola bilər. Qasıq yırtıqları, göbək yırtıqları və göbək ətrafı yırtıqları anadangəlmə olaraq kiçik bir nöqtədən yaranan yırtıqlardandır. Sonradan yaranan kiçik nöqtələr isə əməliyyat yerləridir. Əvvəl əməliyyat edilmiş yerdə ortaya çıxan yırtıqlara kəsik yeri yırtıqları deyilir.Əvvəl əməliyyat keçirmiş insanlarda qarın içi təzyiqi ani olaraq artıran ağır qaldırmaq, xronik qəbizlik, öskürək, sıxınmaq kimi hallar, yırtığın əmələ gəlməsini və meydana çıxmasını asanlaşdırır.

YIRTIQ NİYƏ YARANIR

Qarın divarı yırtıqlarının təxminən 90%-i qasıq yırtıqlarıdır. Qasıq yırtıqları daha çox kişilərdə rastlanır. Bəzi qasıq yırtıqları doğuşdan sonra bağlanmalı olan qasıq kanalının bağlanmaması və ya həyat ərzində açılması nəticəsində ortaya çıxar. (birbaşa olmayan yırtıqlar). Bəzi qasıq yırtıqları qarın əzələsinin gərilməsi nəticəsində meydana gəlirlər ( birbaşa olan yırtıqlar). Göbək yırtıqları göbək çuxurunun içindən çıxan yırtıqlardır. Göbək çuxuru da qasıq kanalı kimi qarın divarının anadangəlmə olaraq zəif nahiyələrindən biridir. Göbək yırtıqlları daha çox qadınlarda rastlanır. Göbək ətrafı yırtıqlar nisbətən az rastlanır. Kəsik yeri yırtıqları əvvəlcədən əməliyat olmuş xəstələrdə, kəsik yerinin üstündə olur.

Bütün qarın divarı yırtıqlarının müalicəsi cərrahidir. yaratmasıdır. Şişlik bəzən yaranır və bəzən də yox olur. Xəstə ayağa qalxdığı zaman, öskürəndə və s. hallarda şişlik ortaya çıxır, kürək üstünə uzananda isə yox olur. Yatanda şişliyin yox olmasının səbəbi yırtıq kisəsinin içindəki orqanların qarın içinə qayıtmasıdır. Qarın divarında şişliyi əmələ gətirən daxili orqanlar, əsasən bağırsaqlardır. Yırtıqlar böyüdükcə şişliklər çox vaxt xaricə çıxmış vəziyyətdə qalır və xəstə rahatlamaq üçün yırtığı içəriyə doğru salmağa çalışır.

Bu yazını yaxınlarınızla paylaşın:
Yazının müəllifi

Dr. Ruslan Ağayev

Ümumi bariatrik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.