Poliplər
Poliplər yoğun bağırsağın səthini örtən təbəqənin (mukoza) anormal böyüməsi nəticəsində inkişaf edən və bağırsaq kanalının içinə doğru böyüyür.Polipin yaranmasında aşağıdakı faktorlar böyük rol oynayır:irsi faktorlar,qidalanmanın xüsusiyyəti (heyvani mənşəli qidalara üstünlük verənlər),qəbizlik. Normada bağırsaq hüceyrələri daima yenilənir. Əgər bu proses normal getmirsə, o zaman bağırsaqda polip şəklində çıxıntılar əmələ gəlir. Bir qayda olaraq, bağırsaq hüceyrə yenilənməsi prosesinin pozulması irsi olaraq keçir. İrsi faktorlardan əlavə, həmçinin poliplərin yaranması və onların bədxassəli şişlər çevrilməsində çoxlu miqdarda heyvani mənşəli qida, qızardılmış yeməklər və qəbizliyin də böyük rolu var. Heyvani piylər və zülallar bağırsaqda konserogen maddələrin əmələ gəlməsinə səbəb olur ki, bunlar da öz növbəsində hüceyrələrin yenilənmə prosesini pozur. Qəbizlik isə öz növbəsində konserogen maddələrin bağırsaqda uzun müddətli təsir göstərməyinə şərait yaradır. Bir çox polipin simptomu (əlaməti) olmaz və endoskopiya və ya yoğun bağırsağın radioloji araşdırılması zamanı təsadüfən təyin edilir. Ancaq bəzi poliplər qanaxma, selikli qişa axıntısı (yapışqan axıntı), bağırsaq funksiyalarında dəyişiklik və nadir hallarda də qarın ağrısına səbəb olur.
Əsas diaqnostik üsul kolonoskopiyadır – anal dəlik vasitəsilə xüsusi endoskopla bağırsağın bir metrə qədər yoxlanılması. Bu proseduradan 50 yaşdan yuxarı hər kəs keçməlidir. Əgər ailədə bağırsaq xərçəngindən əziyyət çəkən biri varsa, o zaman bu proseduranı yaşdan asılı olmayaraq etmək lazımdır.