03 Aprel 2017

Pilonidal Sinus

[vc_row][vc_column width=”2/3″][vc_column_text]

Pilonidal Sinus

 

Xalq arasında qıl (tük) dönməsi olaraq adlandırılan pilonidal sinus ümumiyyətlə quyruq hissəsində görülən bir və ya bir neçə ədəd dəridə açılmış dəlik

, iltihab , şişlik və ya Apse şəklində özünü göstərən bir xəstəlikdir. Quyruq hissəsindəki qıl dönməsi ümumiyyətlə infeksiya olana qədər özünü çox bildirməz.  Bu xəstələrdə quyruq hissəsində ağrılı şişlik , otura bilməmək , yeriyə bilməmək kimi şikayətlərlə həkimə gedən bir gənc yeniyetmələrdə , burada apse müəyyən olunması və bu apsenin açılaraq xaric edilməsi ilə başlayır. Apsenin xaric edilməsi təcili müalicə tələb edən hallarda tətbiq edilir. Əgər xəstə əməliyyat olmaz isə bu bölgədə zaman zaman axıntı olması xaricində şikayət olmadan bir müddət həyatını davam etdirə bilər.Ancaq bir neçə həftə və ya ay sonra yenə eyni hal təkrarlanacaq. Hər apse təkrarında isə ağac kökü şəklindəki sinuslar daha irəliyə gedərək xəstəlik daha da inkişaf edəcək. Müayinə zamanı bu bölgədə dəlik açıqlığı iynə ucundan kibrit çöpü diametrinə qədər dəyişə bilər.Bir və ya bir neçə dəlik müəyyən oluna bilər , bu dəliklərdən açıq rəng axıntı , iltahab , zaman zaman qıl gəldiyi görülə bilər. Pilonidal apsenin müalicəsi: Qıl dönməsi apsesi təcili müalicə tələb edən bir vəziyyətdir . Çünki xəstə ağrılıdır , oturmaqda və yeriməkdə çətinlik çəkməkdədir. Apse müalicəsi ümumiyyətlə əgər apse çox böyük deyil isə lokal anesteziya ilə həyata keçirilir. Apse,anesteziya tətbiq olunduqdan sonra inyeksiya ilə boşaldılır, içi təmizlənib yuyulur , antibiotikli pomadlarla bağlanır.[/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]

Bu yazını yaxınlarınızla paylaşın:
Yazının müəllifi

Dr. Ruslan Ağayev

Ümumi bariatrik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.