03 Aprel 2017

Ortoreksiya nədir?

Araşdırmalara görə, maddi imkanı yaxşı olan, orqanik qidalar almağa imkanı çatan şəxslərdə ortoreksiya (yemək pozuntusu) rastlanır. Ortoreksiklər sağlam və təmiz qidalar yemək istəyi ilə hərəkət edir. Çiy qida yeməyə üstünlük verən şəxs səhəri gün nə yeyəcəyini düşündüyü üçün sosial ortamdan da uzaq düşür. Ortoreksiyası olan şəxslər qidanın işlənməmiş və qatqısız olmasına diqqət etdikləri üçün çox vaxt çiy yemək yeməyə çalışırlar. Bəziləri isə yeməkləri yüksək istilikdə bişirməyin qidaların faydasını azaltdığını düşünür. Qidaların saxlanması üçün alüminium qablardan heç istifadə etməzlər. Həm də mikrodalğalı sobada isitməyə də çalışmazlar. Bu insanlar hər hansı bir məkanda yemək yeyəcəklərsə, özləri ilə öz yeməklərini götürürlər. Sağlam kateqoriyaya daxil olmayan qidanı dözməyib yesələr, depressiyaya düşə bilərlər. Hər birimiz sağlam qidalanmağa çalışırıq. Ancaq bunun bir vəsvəsə halına gəlməsi risk yaradır. Mütəxəssislər bu xəstəliyin dietoloq və psixoloq, psixiatr heyəti ilə birgə müalicə oluna biləcəyini deyir. Əgər insanda hipokalsemiyə oxşar mineral və vitamin əskiklikləri varsa, bunlar müəyyən edilib şəxsə lazımlı inyeksiyalar edilir. Hormonsuz qidalanma olaraq da adlanan ortoreksiya hər nə qədər narahat etməyən bir hal kimi görünsə də, olduqca təhlükəli ola bilər. İnsanın yetərsiz qidalanmasına və xəstəliyin anoreksiya nevrozaya dönməsinə səbəb olar.

Bu yazını yaxınlarınızla paylaşın:
Yazının müəllifi

Dr. Ruslan Ağayev

Ümumi bariatrik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.