03 Aprel 2017
Öd kisəsinin funksiyaları
Öd yaşıl-sarımtıl rəngdə neytral reaksiyalı maye olub, yağları emulsiyalaşdırır, mədəaltı vəzinin yağları parçalayan fermentini aktivləşdirir. Öd ifraz etməkdən başqa, qaraciyər bağırsaqlardan qana daxil olmuş şəkərlərin artığını qlikogen halında özündə saxlayır. Eyni zamanda bədənə düşən toksinləri neytrallaşdıraraq mühafizə funksiyası daşıyır. Öd kisəsi armud şəklində olub, qaraciyərin sağ payının alt səthində yerləşir. Ümumi öd axacağı 6-8 sm uzunluğunda olub, mədəaltı vəzinin axacağı ilə bir yerdə onikibarmaq bağırsağın enən hissəsinə açılır. Öd qaraciyərdə daim əmələ gəlir, yalnız həzm zamanı onikibarmaq bağırsağa tökülür. Öd kisəsində ödün konsentrasiyası artır, öd qatılaşır.
Bu yazını yaxınlarınızla paylaşın:
Yazının müəllifi
Dr. Ruslan Ağayev
Ümumi bariatrik cərrah
Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.
Tel.: (012) 464 87 87 / (050) 534 43 34