Öd kisəsi
İnsanın orqanizmində öd kisəsinin mühüm rolu var.Öd öd turşularından ibarәtdir. Sağlam orqanizimdə öd qaraciyərdən öd kisəsinə axır,burda yığılaraq müəyyən konsentrasiyaya çatır. Öd hәzm proseslәrindә iştirak edir. Öd kisәsi rezervuar (anbar) funksiyasını yerinә yetirir. Hәzm prosesinin aktiv dövründә öd kisәsi ödü maksimal hәcmdә onikibarmaq bağırsağa ifraz edir. İnsan müntәzәm qida qәbul etmәdikdә, qida qәbulları aralarında uzun mәsafәlәr saxladıqda, tez-tez quru yemәklәri yedikdә, öd kisәsindә durğunluq yaranır. Bunun nәticәsindә öd kisәsindә iltihab proseslәri inkişaf edir vә daşlar әmәlә gәlir. Təəssüf ki,öddaşı xəstəliyinin sonu çox vaxt öd kisəsinin xaric olması ilə başa çatır.Öd kisəsinin çıxarılması bu gün dünya üzrə aparılan cərrahi əməliyyatlar arasında ikinci yerdədir.
Öd kisəsi çıxarılandan sonra öd qaraciyərdən qaraciyər və ümumi öd axarları ilə birbaşa on iki barmaq bağırsağa daxil olur,onun qatılığı daha azdır və yalnız az miqdarda qida üçün həzm şirəsi rolunu oynaya bilir.Əgər xəstə düzgün qidalanma rejiminə riayət etməsə,öd qaraciyərdə yığılır.Bu zaman qaraciyərin daxili axarlarında iltihab prosesi və hətta orada daşın yaranma təhlükəsi baş verir.Məhz buna gorə əməliyyatdan sonra xəstəyə az-az,həm də tez-tez yemək tövsiyə edilir.Çünki hər qida qəbulu-ödün onikibarmaq bağırsağa daha fəal axmasına bir növ təkandır.Əməliyyatdan sonrakı ilk 3-4 ayda orqanizm yeni həzm qaydalarına yavaş-yavaş öyrəşir.Artıq xəstəxanada müalicəvi qidalanma təyin edilir.
Əməliyyatdan sonrakı ilk saatlarda-aclıq,10-12 saatdan sonra-az miqdarda duru yemək (yağsız bulyon,şorba,kisel), 3-4 gündən sonra-suda bişib sürtgəcdən keçirilmiş tərəvəz,ət və balıq püresi,durulaşdırılmış sıyıqlar.Təxminən 2-3 həftə ərzində xəstənin həm qida rasionu genişlənir,həm də normaya salınır.Bununla belə,xəstə ən azı 2-3 ay ərzində sulu yeməklərə,qidalara üstünlük verməlidir.Öd kisəsi əməliyyatından sonra şorba,kompot,kisel daxil olmaqla gün ərzində 1,5-2 litrdən çox maye qəbul etmək olmaz. Ödqovucu təsir gostərən içkilər:-itburnu,zirinc (barbaris) dəmləmələri,meyvə və tərəvəz,xüsusən də pomidor şirəsi, almadan,qara gavalıdan,qaysı qurusundan kompot içmək xeyirlidir. İnsanın ödü öd turşularından ibarətdir. Ödün hasili qara ciyərin öd axarlarında baş verir. Oradan öd öd kisəsinə və sonra isə onikibarmaq bağırsağa daxil edilir.
Öd həzm proseslərində iştirak edir. Öd kisəsi rezervuar (anbar) funksiyasını yerinə yetirir. Həzm prosesinin aktiv dövründə (bu zaman onikibarmaq bağırsağı mədədə qismən həzm olunmuş qida ilə dolur) öd kisəsi ödü maksimal həcmdə onikibarmaq bağırsağa ifraz edir.
İnsan müntəzəm qida qəbul etmədikdə, qida qəbulları aralarında uzun məsafələr saxladıqda, tez-tez quru yeməkləri yedikdə, öd kisəsində durğunluq yaranır. Bunun nəticəsində öd kisəsində iltihab prosesləri inkişaf edir və daşlar əmələ gəlir. Öd kisəsinin divarları nazikləşir və bu zaman öd çoxlu miqdarda yığıldıqda kisə yırtıla bilər. İnfeksiyalaşmış öd qarın boşluğuna düşür. Belə vəziyyət xəstənin həyatı üçün böyük təhlükə yaradır. Bu zaman təcili cərrahi əməliyyat təyin olunur və öd kisəsi xaric edilir. Əlbəttə ki, belə ağır fəsadları gözləmək lazım deyil. Planlı şəkildə aparılan əməliyyatdan sonra xəstə daha tez adi həyata qayıdır və əməliyyatdan sonra yarana bilən fəsadların ehtimalı da azalır.
Öd kisəsi xaric olunduqdan sonra (xolesistektomiya) insan ömrünün sonuna qədər pəhriz saxlamamalıdır. Öd kisəsi olmadıqda öd yollarında kompensator genişlənmə olur və bu genişlənmə öd kisəsinin yoxluğunu hiss elətdirmir.
Beləliklə, öd kisəsi xaric olunduqdan sonra insan həmişə pəhriz saxlamalıdır?
XEYR. Sadəcə qida qəbullarının tezliyini artırmaq lazımdır. Öd yalnız qida qəbulundan sonra bağırsağa daxil olunduğuna görə qidanı gün ərzində 5 dəfədən az olmayaraq qəbul etmək lazımdır,bir ay müddətində. Qida qəbullarının arasında uzun fasilələr olmamalıdır.