Öd daşı xəstəliyi
Qarının sağ üst hissəsində olan, kiçik bir armud şəklindəki öd kisəsi kanallarla qaraciyər, pankreas və bağırsaqlarla əlaqəlidir.Yemək arasında qaraciyər tərəfindən ifraz olunan öd turşusu öd kisəsində depolanır, yemək zamanı öd turşusu öd yolu ilə bağırsaqlara axır və bu turşu qidalarda olan yağın həzm olunmasında istifadə olunur. Buna görədə xüsuliylə yağlı yeməkdən sonra yaranan köp və qarın bölgəsindən başlayaraq çiyinə vuran ağrılar öd kisəsi daşı əlamətidir.Ağrı şiddətləndikcə kürək və qarına yayılır. Bu ağrılar 10-15 dəqiqədən 1-2 saata qədər davam edə bilər.
Əgər ağrı 4-5 saatdan çox davam edərsə bu vəziyyət öd kisəsinin tahriş olduğunu göstərir. Ağrının şiddəti bədənin vəziyyətini dəyişdirir. Ağrının şiddətlənməsiylə birlikdə qusma ola bilər. Bunlardan əlavə xəstə güclü tərləyir,temperatur qalxır və titrətmə olur.
Müalicə:
Öd daşının müalicəsi daşın böyüklüyündən və yerləşdiyi yerdən asılıdır.Əgər daş kiçikdirsə,ağri vermirə,öd axınına heç bir təsiri yoxdursa müalicəyə ehtiyac yoxdur.
Ancaq daş öd kanallarını,öd kisəsini tıxayacak qədər böyükdürsə,öd axinina mane olursa,şiddətli ağrılar verib və olduğu yerin iltihablanmasina səbəb olursa müalicə olunmalidir.Müalicə cərrahi yolladir,bu zaman öd kisəsi xaric edilir.
Öd daşı xəstəliyi
Ən çox qarşılaşdığımız cərrahi patalogiyalardan biri, təbii ki, öd daşı xəstəliyidir.
Öd daşı xəstəliyinin tutması özünü çox güclü kəsici ağrılarla büruzə verir.
Adətən tutma qəfildən bir çox hallarda yağlı və kəskin qidaların qəbulundan, güclü fiziki gərginlikdən, stressdən, nəqliyyatda silkələnmədən sonra başlayır. Xəstədə ürəkbulanması, gəyirmə və hətta qusma ola bilər. Əvvəl ağrı sağ qabırğaaltı hissəsində, qarının yuxarı hissəsində başlayır. Bəzən ağrılar sağ çiyinə, boyunun sağ hissəsinə, sağ kürəyə yayılır, Təxminən yarım saatdan sonra ağrı maksimuma çatır, dözülməz olur, bəzən xəstədə titrəmə, hərarətin qalxması müşahidə edilir.
Nəzərinizə çatdıraq ki, qarında olan ağrılar müxtəlif və bəzən çox ağır xəstəliklərin əlaməti ola bilər. Bu səbəbdən özünüzə müstəqil şəkildə “diaqnoz” qoymayın və özünüz özünüzü “müalicə” etməyin.
Beləliklə, öd daşı xəstəliyi tutması başladıqda ilk öncə:
– Qida qəbul etməyin və su içməyin.
– Uzanın və mümkün qədər rahatlanmağa və sakitləşməyə çalışın.
– Spazmolitik preparatının inyeksiyasını edin (no-şpa və ya papaverin və s.) və 1 saat ərzində (bundan artıq yox!) inyeksiyanın effektini gözləyin.
– İnyeksiya effekt vermədikdə dərhal həkimə müraciət edin.
Onu da qeyd edirəm ki,əgər sonucda cərrahi əməliyyat məsləhət olarsa ,15-20 dəqiqəyə heç bir travma vermədən,xırda kəsiklə-Iaparoskopik cərrahi əməliyyatla öd kisəsi xaric edilir.Xəstə 2 saatdan sonra tam aktiv vəziyyətə gətirilir
Op.Dr.Ruslan Ağayev
Tel:+99455 750 93 94
Azərbaycanda ən çox yayılmış xəstəliklərdən biri, Öd daşı xəstəliyidir. Xəstələr bir çox hallarda isə buna fikir vermir, ağrım olanda, “pristup” tutanda həkimə gedərəm deyərək illərlə bunu saxlayır. Bu da nəticəsi.[/vc_column_text][vc_column_text]Öd daşı xəstəliyi, xəstə iki gündür sağ qabırğa altında kəskin ağrılar, ürəkbulanma, qusmadan əziyyət çəkirdi.Deməsinə görə beş ildir öd kisəsində daşlar var, mütəmadi olaraq ağrı tutmaları olur, müxtəlif müalicələr almışdı, pəhriz gözləmişdir lakin heç birinin xeyri olmayıb. Bu gün gəldi əməliyyat olundu, sabah da evində olacaq.Ağrısız, kısiksiz, qansız.