02 Aprel 2017

Mədə-bağırsaq xəstəlikləri

Mədə-bağırsaq xəstəliklərinin əsas əlamətləri qarında ağrı, iştahanın pozulması, ürəkbulanma, qusma, gəyirmə, qıcqırma, qarının köpməsi, qəbizlik, ishal və s.-dir. Ağrılar xəstəliyin səbəblərinə uyğun olaraq uzunmüddətli və ya qısamüddətli tutmalar şəklində, yemək yeyən kimi və ya 2-3 saatdan sonra ola bilər. Tutmayabənzər qəfil baş verən şiddətli ağrılara sancı deyilir. Diaqnozu dəqiq qoymaq üçün ağrıların yerini düzgün müəyyənləşdirmək vacibdir. Qarında çox şiddətli ağrılar olduqda ağrıkəsici dərmanlar verməyə tələsmək lazım deyildir. insanın mədə-bağırsaq sistemiÇünki ağrıların müxtəlif vasitələrlə kəsilməsi diaqnozun düzgün qoyulmasına mane ola bilər, cərrahi əməliyyat aparmaq lazımdırsa, onu da ləngidə bilər. Qarındakı ağrıların səbəbləri aydınlaşdırılmamış qarına isitqac qoyulması, işlətmə dərmanları verilməsi düzgün deyildir.

Ürəkbulanma və qusma mədə əzələlərinin geriyə peristaltikası ilə əlaqədardır. Gəyirmə adətən yemək yeyən vaxt hava udduqda baş verir.
Qıcqırma turş mədə möhtəviyyatının qida borusuna düşməsi ilə əlaqədardır, bu hal mədə turşuluğu artdıqda müşahidə edilir. Bağırsaqlarda qaz çox əmələ gəlib, yavaş irəlilədikdə xəstənin qarnı köpür və ona əziyyət verir. Ağız boşluğunun və qida borusunun zədələnmələri isti qidadan, yad cisimlərin udulmasından, kimyəvi maddələrin bilmədən və ya qəsdən qəbul olunmasından baş verə bilər. Bu zaman yenə də xəstənin sinəsində, ağız boşluğunda ağrılar olur, iştaha pozulur, xəstə bəzən udquna bilmir. Müalicə əsasən inyeksiyalar vasitəsilə aparılır. Xəstə qida qəbul edə bilirsə, yüngül, çox qıcıqlandırmayan qidalar təyin edilir. Qastrit. Mədənin iltihabı qastrit adlanır. Mədəyə soyuq olduqda, qidalanma gigiyenası pozulduqda qastrit baş verir. O əvvəlcə şiddətli ağrılarla, yuxarıda göstərilən əlamətlərlə başlanır. Vaxtında düzgün müalicə aparılmazsa, xronik qastritə keçir. Xronik qastrit isə müəyyən dövrlərdə kəskinləşmələr verərək, daim xəstəni narahat edir. Bu da müalicə olunmazsa, mədə xorasına və bağırsaqların da iltihabı və xora xəstəliyinə keçə bilər. Ona görə də mədə-bağırsaqda hər hansı bir xəstəlik başlandıqda, tez müalicə etmək lazımdır. Mədə-bağırsaq xəstəliklərinin müalicəsində ilk növbədə diyetanın (pəhrizin) saxlanılması vacib şərtlərdəndir. Belə ki, bu xəstəliklər zamanı tez və yüngül həzm olunan qidalar qəbul olunmalıdır. Əlamətləri nəzərə alaraq əsasən süd və süd məhsulları, xörəklərdən, xüsusilə ət xörəkləri yaxşı bişmiş, yəni suda bişirilmiş halda, tərəvəz və meyvə şirələrinə üstünlük verilməlidir. Qızardılmış, yağlı, çox yüksək kalorili, həzmi çətin olan, qıcıqlandırıcı qidalardan, yəni çox ədviyyatlı kəskin yeməklərdən çəkinmək lazımdır. Siqaret, spirtli içkilər qəti qadağan edilir. Bu xəstəliklər zamanı çalışmaq lazımdır ki, dərmanlar da ağızdan yox, inyeksiya ilə qəbul edilsin. Qastrit əsasən aşağıdakı dərmanlardan istifadə edilir: festal, antibiotiklər (linkomisin, gentamisin, levomisetin), menzim forte, nikedaza, oraza, pankreatin, pepsin, solizim, tibbi mədə şirəsi, qastrofarm və s. Serukal, reqlan, diopan, noşpa, papaverin, FİBS, oksiferriskarbon, solkoseril, retabolil və b. dərmanlardan istifadə olunur. Hipersekresiyada aloye məsləhət deyildir. Mədə-bağırsaq yollarının vərəmi zamanı, vərəm əleyhinə dərmanlar işlədilir: izonazid, ftivazid, bepask, etambutol və s. Mədə-bağırsaqlarda xora, xərçəng xəstəlikləri olduqda cərrahi müalicəyə üstünlük verilir.

Bu yazını yaxınlarınızla paylaşın:
Yazının müəllifi

Dr. Ruslan Ağayev

Ümumi bariatrik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.