02 Aprel 2017

Kəskin pankreatit

Kəskin pankreatit tutması olmuş insanlar öz həyat tərzlərində müəyyən dəyişikliklər etməlidirlər. Bu nöqteyi nəzərdən aşağıdakıları tövsiyyə edə bilərik:

  • Alkoqol qəbulunun tam dayandırılması. Əgər bunu insanın özü edə bilmirsə, həkimlərin köməyi ilə alkoqoldan aslılığı aradan qaldırmaq olar.
  • Siqareti tərgitmək. Əgər siqaret çəkirsinizsə tərgitməyə çalışmağınız, çəkmirsinizsə başlamamağınız tövsiyə olunur.
  • Az yağlı pəhriz. Az yağlı qidalara üstünlük verməyiniz və meyvə-tərəvəz, taxıl məhsullarından hazırlanmış yeməklər, yağsız ət qidaları tövsiyə olunur.
  • Çoxlu su için. Pankreatit zamanı dehidratasiya yəni bədənin susuzlaşması baş verə bilər. Bunun qarşısını almaq üçün çoxlu su içməyiniz məsləhətdir.
Bu yazını yaxınlarınızla paylaşın:
Yazının müəllifi

Dr. Ruslan Ağayev

Ümumi bariatrik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.