Hemorroy
Hemarroy – düz bağırsağın ən aşağı hissəsində selikli qişanın altında yerləşən venoz damar toxumasının (düyünlərin) patoloji şəkildə dəyişməsindən ibarətdir.
Hemarroyun əsas 2 simptomu var.
- Qanaxma.
- Düyünlərin xaricə çıxması
-Hemarroidal düyünlərdə qan dövranında durğunluq olur,bu zaman damar divarinin oksigenlə qidalanması pozulur,nəticədə damar divarının tamlığı pozulur.Bu zaman qanaxma baş verir.Hemarroy zamanı qanaxma defekasiya zamanı və defekasiyadan dərhal sonra baş verir.
-Hemarroidal düyünlər anal dəliyin divarına əzələ lifləri ilə bağlanır.Proses inkişaf etdiyində bu düyünlər getdikcə aşaği düşür .Həmçinin arxa keçecekdə yad cisim hissiyyatı olur və yeridikdə ağirliq hissi olur.Arxa keçəcəkdə qaşınma hissi və ağrılarda müşahidə olunur. Gedişatina görə kəskin və xroniki olur.
Müalicəsi: İlkin olaraq terapevtik müalicə aparilir,effektiv olmadiqda düyünlər cərrahi metodla cixardilir.Cərrahi müalicəsi adətən babasil düyünlərinin trombozu zamanı, xəstəliyin 3-cü və 4-cü mərhələsində istifadə olunur. Belə əməliyyatlar ümumi ağrısızlaşdırma ilə (ümumi narkoz) keçirilir.