01 Aprel 2017

Göbək yırtıqları

Göbək yırtıqları göbək çuxuru içindən və ya dərhal yaxınından çıxır və bir fındıq böyüklüyündən – portağal böyüklüyünə qədər müxtəlif ölçülərdə ola bilər. Doğumdan əvvəl ana ilə uşaq arasındakı bağı meydana gətirən və uşağın böyüməsi üçün ehtiyaclarını təmin edən damarlar göbək halqasının içindən keçir. Doğumla birlikdə bu damarlar bağlanır. Hələ tam bitişməmiş olan göbək halqasının içində yaranan boşluqdan qarın içi orqanlarının girib çıxmasıyla göbəkdə əmələ gələn şişə göbək yırtığı deyilir. Bu səbəblə umbilikal herniler ( göbək yırtığı ) anadangəlmə mənşəlidir. Bu yırtıqların çoxu zamanla özbaşına bağlanır. Bu səbəblə uşaqlarda göbək yırtıqları 4 yaşına qədər ( yırtıq boğulması , bağırsaq tıxanması kimi vəziyyətlərə səbəb olmaz isə ) izlənir. Ancaq yetkinlərdə göbək yırtığı meydana gəldiyi zaman özbaşına bağlanma olmayacağına görə cərrahi əməliyyata ehtiyac duyulur. Göbək yırtıqlarını əməliyyatla düzəltmək sadə və etibarlı bir yoldur. Yırtıq defektinin kənarlarının birbaşa olaraq yaxınlaştırılması ilə ( Laparoskopik üsul ya da açıq üsul ilə ) əməliyyat edilir və təkrarlama riski aşağıdır. Digər yırtıq növlərində olduğu kimi qarın içi təzyiqi artıran bütün hallar ( xroniki öskürək , hamiləlik , qəbizlik , ağır yük qaldırma ) göbək yırtığı meydana gəlməsi səbəbləri arasındadır. Göbək yırtığını barmağınızla açıq olan göbək halqasını hiss edə bilərsiniz. Ayrıca göbəkdə ağrı , şişlik , həssaslıq , görünüş pozqunluğu kimi fərq faktorları göbək yırtığı olduğunuzu göstərə bilər. Bunun xaricində şişlik birdən böyüməyə başlarsa , yırtıq uzanılan vaxt ya da içəri aşağı doğru əyildiyimiz zaman içəri girmirsə , həssaslıq artırsa , tualetə gedə bilməmək , bulanma , qusma kimi simptomlar mövcuddursa təcili olaraq həkimə müraciət etməyiniz lazımdır. Bu göbək yırtığının içinə qarın içi orqanlardan biri yada bir neçəsinin girməsi və burada sıxışıb qaldığı mənasını verir və bu zamn təcili olaraq sıxışan bu orqanların canlılığını itirmədən öncə cərrahi bir əməliyyat tətbiq edilməlidir.Əks halda ediləcək əməliyyat yalnız göbək yırtığı əməliyyatı olmayacaq , sıxışan orqana da istiqamətli cərrahi əməliyyat tətbiq etmək lazım olacaq.

Bu yazını yaxınlarınızla paylaşın:
Yazının müəllifi

Dr. Ruslan Ağayev

Ümumi bariatrik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.