01 Aprel 2017

Düz bağırsaq xərçəngi

Düz bağırsaq xərçənginin yaranması və inkişafının bir neçə səbəbi var. Günümüzün ən qorxulu xəstəliklərindən biri və birincisi xərçəng xəstəliyidir. Təəssüf ki, xərçəng xəstəliklərinin əksər formaları başlanğıc mərhələsində özünü zəif şəkildə büruzə verir. Orqanizmdə bədxassəli şişlərin yaranması üçün ən zəif nayihə düz bağırsaqdır.

İlkin əlamətlər:

Əgər bu “kisə”də hansısa nasazlıqların yaranmasından xəbər verən simptomlar – xoşagəlməz duyumlar, tam “bayıra” gedə bilməmək, qarın köpü, nəcisdə qanlı köpük müşahidə olunarsa, “bəlkə”lərə güvənib gözləmək lazım deyil. Yubanmadan həkimə – proktoloq və ya onkoloqa müraciət edin.Müayinə bildirəcək Amma bu simptomlar sadəcə yoğun bağırsağın iltihabı, poliplərin və ya bağırsaq qişasının soyuqlaması ilə mürəkkəb vəziyyətə keçən daxili babasilin nəticəsi ola bilər. Bütün bu diaqnostik incəlikəri müayinələrin nəticələrini əsas götürən mütəxəssis araşdırmalıdır (nəcisin analizi, rektoromanoskopiya və biopsiya).
Səbəblər:

Düz bağırsaq xərçənginin yaranması və inkişafının bir neçə səbəbi var. Bunlar irsi, genetik amillər, əlverişsiz ekoloji şərait və keyfiyyətsiz – yüksəkkalorili, bitki lifi olmayan, həmçinin amortizatorlar, qida boyaları və digər əlavələrlə zənginləşdirilmiş qidalardır. Bütün bu amillər selikli qişanın ayrı-ayrı hüceyrələrinin mutasiyasına gətirib çıxara bilər.

Bu yazını yaxınlarınızla paylaşın:
Yazının müəllifi

Dr. Ruslan Ağayev

Ümumi bariatrik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.