Duodenit nədir?
Onikibarmaq bağırsağın iltihabi xəstəliyidir. Çox zaman kişilərdə rast gəlinir. Kəskin və xroniki, yayılmış və məhdud (əsasən soğanağın iltihabı – bulbit) formaları ayırd edilir.Kəskin duodenit mədənin və bağırsağın xəstəliyi ilə birgə – kəskin qastroenterit, qastroenterokolit şəklində müşahidə olunur, kataral, eroziv- xoral, fleqmonoz olur.Etiologiya. Patonogenezi: Qida toksikoinfeksiyaları , həzm traktının selikli qişasını qıcıqlandıran maddələrlə zəhərlənmə, kəskin qidaların alkoqolla birgə qəbulu, 12 barmaq bağırsağın selikli qişasını yad cisimlə qıcıqlanması əsas faktorlardır.Simptomlar. Klinik gedişi: Epiqastral nahiyədə ağrı , qusma, ümumi zəiflik epiqastral nahiyəyə palpasiya zamanı ağrı hissi xarakterikdir. Nadir müşahidə olunan fleqmanoz duodentdə xəstənin ümumi vəziyyəti kəskin pisləşir, epiqastral nahiyyədə və qarın divarında əzələlərin gərginliyi müşahidə olunur. Şotkin -Blümberq simptomu “+” olur, qızdırma, neytrofil leykositoz, EÇS yüksəlməsi təyin olunur. Dudenal zondlama və duedonofibroskopiya əks göstərişdir. Kəskin kataral və eroziv – xora duedenit adətən öz-özünə sağalma ilə bitir. Təkrarı duodenit xroniki hala keçir. Fleqmonoz duodenitdə proqnoz ciddidir. Ağırlaşmalar–bağırsaq qanaxmaları, bağırsaq divarının perforasiyası kəskin pankreatit mümkündür.
Müalicə: Pəhriz, yataq rejimi, mədənin yuyulması ,spazmolik,xolinolitik preperatlar, fleqmanoz duodenitdə antibektarial və operativ terapiya birgə aparılır.
Xroniki duodenit – səthi, atrofik, intersitsial, hiperplastik və ya eroziv xoralı olur.
Etiologiyası. Patogenezi: Qeyri müntəzəm qidalanma, tez-tez qıcıqlandırıcı, qaynar qidalar, alkoqol qəbul etmək xroniki duodentə gətirib çıxaran amillərdir. I-li xroniki duodenit, xroniki qastritdə mədə və 12 barmaq bağırsağın xora xəstəliyində, xroniki pankreatitdə, lyamblioz, qida allergiyası, uremiyada müşahidə olunur. Qıcıqlandırıcı agentin bilavasitə təsiri ilə yanaşı xroniki duodenitdə aktiv mədə şirəsinin 12 barmaq bağırsağın selikli qişasına təsiridə əhəmiyyətə malikdir.
Simptomlar. Klinik gedişi: Epiqastral nahiyyədə daimi, küt xarakterli, xora ağrılarına bənzər ağrılar, qidadan sonra qarının yuxarı hissəsində dolma hissiyatı, iştahın azalması, bulantı, bəzən qusma xarakterikdir. Palpasiyada epiqastral nahiyədə dəridə ağrılar təyin olunur. Diaqnoz duodeno-fibroskopiya ilə qoyulur. Lazım olduqda selikli qişadan bioptat götürülür. Rentgenoloji əlamət az xarakterikdir. Gedişi uzunmüddətlidir. Kəskinləşmə dövrləri ilə müşahidə olunur. Müalicəyə tabe olur. Ağırlaşması – bağırsaq qanaxması ( eroziv xoralı formasında)
Müalicə: Pəhriz təyin olunur. Antasit, spazmolik, qanqliobliktorlar, xolinolitiklər təyin olunur. Regenerasiya proseslərin yaxşılaşdırmaq üçün vitaminlər təyin olunur. Xroniki duodenitli xəstələr dispanser nəzarətində olmalıdır. Profilatika üçün müntəzəm düzgün qidalanma, alkoqoldan imtina və xroniki duodenitlə gətirib çıxaran xəstəlikləri müalicə etmək lazımdır.