01 Aprel 2017
Dermoid kisti nədir?
Dermoid kisti büzdüm nahiyəsinin dərialtı irinli törəməsidir. Anal dəlikdən 10 sm yuxarı büzdüm nahiysəsində kistanın dəliyi olur. Bəzi pasiyentlərdə bu dəlik nöqtə kimi olur, çətin seçilir, bəzilərində geniş olur, gözlə görülür.
Əlamətləri:
- büzdüm nahiyəsində diskomfort, qızartı və qaşınma
- büzdüm nahiyəsindəki kistin dəliyindən irinin gəlməsi
- büzdüm nahiyəsində ağrı
Bu ağrılar pasiyentə oturmağa və arxasıüstdə uzanmağa imkan vermir.
Büzdüm nahiyəsində dərialtında boşluq formalaşır. Boşluq tük və ya dəri ilə dolur. Bu boşluğun iltihablaşması nəticəsində kist əmələ gəlir. Nadir hallarda xərçəngə keçir, lakin böyüyərək yumurtalığı tam məhv edə bilərlər. Müalicəsi yalnız cərrahi yolla mümkündür.
Bu yazını yaxınlarınızla paylaşın:
Yazının müəllifi
Dr. Ruslan Ağayev
Ümumi bariatrik cərrah
Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.
Tel.: (012) 464 87 87 / (050) 534 43 34