01 Aprel 2017

Çölyak xəstəliyi

Çölyak xəstəliyi haqqında

Bağısaqda sorulmanın pozulması, yoğun bağırsağın selikli qişasının atrofiyası, agluteinli pəhrizə müsbət reaksiya ( qidadan qlütein tərkibli taxılların çıxarılması) ilə xarakterizə olunur. 1:3000 nisbətində rast gəlinir, autosom- dominant yolla nəsilə ötürülür.

Etiologiya. Patogenez: Buğda, çovdar, yumurta, taxıl zülalları qliadinin qəbulu ilə xəstəlik arasında əlaqə təyin olunur. Qliadinin selikli qişalara patoloji təsir mexanizmi sonadək aydınlaşdırılmayıb. Enzim defekt – qlüteinin parçalanmasında iştirak edən qliadinamin peptidazanın və ya digər fermentin çatışmamazlığı haqqında fikir irəli sürülür. Nazik bağırsağın selikli qişasında qluteinə qarşı immun reaksiya (hüceyrə və humoral) haqqında da fikir mövcuddur.

Klinik şəkli : Klinik variantlar içərində həqiqi çölyak xəstəliyi və çölyak sindromunu ayırd etmək lazımdır. Çölyak xəstəliyinin başlaması körpəni qida rasionuna un tərkibli qida əlavələrini əlavə edilməsinə təsadüf edir. Buna görə 6-12 aylıqda körpələrdə bu xəstəlik görülməyə başlayır. Tezləşmiş, bol, kəskin qoxulu, parlaq, yağlı nəcis ifrazı başlanır. Nəcisdə patogen bağırsaq mikroflorası aşkarlanmır. Antibiotik , fermentativ preparatlar effektli olmur. Uşaq süst , solğun olur,iştah itir, bədən çəkisi azalır. Tədricən distrofiya inkişaf edir, uşaqlarda tipik çölyakiya şəkli görünür, kəskin tükənmə, sönük baxışlar, parlaq, selikli qişalar,qarının böyük ölçüsü müşahidə olunur . Aşağı ətrafların ödemi , sümüklərin öz-özünə sınması da az görülmür. Psevdoassit ( atonik bağırsaqda maye toplanması) təyin olunur. Sonralar polivitamin çatışmazlığı ( dərinin quruması, stomatit, dişlərin tüklərin, dırnaqların distrofiyası prosesə qoşulur. Bir qayda olaraq xəstəliyin uzunmüddətli gedişində disaxaridlərin , yağların, vitaminlərin, dəmirin , kalsiumun həzminin pozulması, sistinin transportının pozulması, triptofan mübadiləsinin pozulması ortaya çıxır. Buna əsasən xəstəliyin polimorf mənzərəsi ortaya çıxır. Uşaqlar yalnız fiziki deyil , həm də psixi əziyyət çəkirlər ( labil əhval ruyiyyə, tormozlanma, oyanıqlığın artması, negavitizm). Vacib əlamətlərin birində xəstəlik uzun müddət davam etdikdə boyun inkişafının ləngiməsidir. Gedişi dalğalıdır.

Diaqnoz : Anamnez, klinik əlamətlərə görə qoyulur, əgər aqlutinli pəhriz effektli olursa və pəhrizin pozulması xarakterik nəcis ilə nəticələnərsə , diaqnoz demək olar ki, şübhə doğurmur. Diaqnozu dəqiqləşdirmək üçün koproloji müayinə (sabun və yağ turşularının çox miqdarı) qanın biokimyəvi müayinəsi  (hipoptenemiya, hipoalbunemiya, xolesterinin, lipoproteidlərin konsentrasiyasının azalması, hipokalsemiya , hipofasfatemiya, hiposiderinemiya) rentgenoloji müayinə ( osteoparoz, bağırsağın diskenizesiyası) aparılır. Yekun diaqnoz nazik bağırsaqdan götürülmüş bioptatın müayinəsi ilə qoyulur.

Diferensial diaqnoz: Mukovissidoz, disaxaridoza çatışmamazlığı mədə bağırsaq traktının anomaliyaları ilə diferensasiya edilir.

Müalicə: Kompleks müalicə təyin olunur. Aqlüteinli dieta təyin olunur (çörək, suxarı, peçenie, un və makoron məhsullar, paştet, kolbasa qidadan çıxarılır). Uşaqlar kartof, meyvə, tərəvəz, qarğıdalı və soya unu , bitki yağları, balıq və əti yaxşı həzm edir. Dietaya əməl etdikdə bədən çəkisi 3 həftə sonra bərpa olunur. Bağırsaqda histoloji dəyişikliklə 2-2, 5 il sonra itməyə başlayır.

Pəhrizlə yanaşı simptomatik müalicə təyin olunur. Vitaminlər, Ca, dəmir, ferment, preparatları, masaj, gimnastika. Bu cür uşaqlar dispanser nəzarətində olmalıdır.

Bu yazını yaxınlarınızla paylaşın:
Yazının müəllifi

Dr. Ruslan Ağayev

Ümumi bariatrik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.