29 Mart 2017

Bağırsaqların funksiyası

Nazik bağırsaq 5-6 m uzunluğunda olub, üç hissəyə bölünür: onikibarmaq, acı və qalça bağırsaq. Onikibarmaq bağırsaq 25-30 sm uzunluğunda olub, yuxarı, enən və aşağı hissələrə bölünür. Onikibarmaq bağırsağa öd axacağı və mədəaltı vəzinin axacağı açılır. Acı və qalça bağırsaq birlikdə 5 m uzunluqda olub, anatomik hüdudlarından məhrumdur. Nazik bağırsağın selikli qişasının səthində dairəvi büküşlər, xovlar, aqreqat limfatik follikullar və bağırsaq şirəsi ifraz edən vəzilər yerləşir. Bağırsaq xovları qida maddələrinin sorulması prosesində iştirak edir.

Xovlarda limfa damarları, qan damarları və sinirlər vardır. Xovlarda olan saya əzələlər həzm zamanı yığılaraq, onları hərəkətə gətirir və möhtəviyyat, yoğun bağırsağa doğru hərəkət edir. Qalça bağırsaq kor bağırsağa açılır.

mədə-bağırsaq sistemiYoğun bağırsaq xarici səthində zolaqların, çömçələrin, köndələn şırımların və piy çıxıntılarının olması ilə nazik bağırsaqdan seçilir. Kor bağırsağın içəri-və aşağı tərəfindən bir çıxıntı başlanır ki, bu da soxulcanabənzər çıxıntı (appendiks) adlanır.
Yoğun bağırsağın axırıncı hissəsi – düz bağırsaq 15-20 sm uzunluğundadır. O, anus dəliyi ilə xaricə açılır.

Bu yazını yaxınlarınızla paylaşın:
Yazının müəllifi

Dr. Ruslan Ağayev

Ümumi bariatrik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.