29 Mart 2017

Bağırsaq obstruksiyasının patofizioloji xüsusiyyətləri

Bədxassəli bağırsaq obstruksiyası mədə, öd, mədəaltı vəz və bağırsaq sekresiyasını stimullaşdırır, bağırsaq mənfəzindən sodium və suyun reabsorbsiyasının azalmasına səbəb olur və selikli gişa tərəfindən sodum və suyun sekresiyasını artırır. Obstruksiyaya cavab reaksiyası kimi bağırsaqların peristaltikası artır və prostaqlandin, vazoaktiv intestinal peptid və ağrı mediatorları ifraz olunur. Vazoaktiv intestinal polipeptid isə öz növbəsində bağırsaq mənfəzinə sekresiyanı artırır, bağırsağın daha da genişlənməsinə və bağırsaq divarında olan əzələlərin yığılmasına səbəb olur. Bu isə öz növbəsində bağırsağın hiperemiyası, bağırsaq divarının ödemi və mənfəzində maye toplanması ilə nəticələnir.

Bağırsaq obstruksiyası əksər hallarda hissəvi olur. Lakin, 1-2 həftə ərzində davam edən qəbzlik, habelə qarın ağrısının artması, abdominal köpün artması, ürək bulanma və qusmanın təkrarlanması və ya davam etməsi tam bağırsaq obstruksiyasının inkişaf etməsindən xəbər verə bilər.

Bu yazını yaxınlarınızla paylaşın:
Yazının müəllifi

Dr. Ruslan Ağayev

Ümumi bariatrik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.