29 Mart 2017

Bağırsaq keçməməzliyi

Bağırsaq keçməməzliyinin həyati təhlükəsi

Bağırsaq keçməməzliyi vaxtında düzgün müalicə olunmazsa – Ölümlə nətcələ bilən xəstəlikdir.

Bağırsaq keçməməzliyinin səbəbləri və əlamətləri haqqında.

Bağırsaq tıxanması ifrazatın bağırsaq kanalında irəliləməsinin tam və qalıcı olaraq əngəllənməsi ilə ortaya çixa bilər. Erkən diaqnostika olunmadığında ölümlə nəticələnə bilən bağırsaq keçməməzliyi mexaniki və qeyri mexaniki olur. Mexaniki bağırsaq keçməməzliyi bağırsaqdakı problemlərdən qaynaqlanır, qeyri mexaniki bağırsaq keçməməzliyinə isə xarici faktorlar təsir edir.

Bəzən çox tez, bəzən isə çox yavaş inkişaf edən xəstəlikdir. Əgər keçməməzlik bağırsağın yuxarı hissəsindədirsə, o zaman xəstəlik çox tez, amma bağırsağın aşağı hissəsinə yaxındırsa xəstəlik daha yavaş inkişaf edir. Qalın bağırsaq keçməməzliyi isə çox uzun müddət gizli gedir.

Xəstəliyin Səbəbləri

Qarın boşluğundakı xoş və ya bəd xassəli şiş, bağırsaq divarına olan bir təzyiq, ulserativ kolit, krohn kimi iltihabi xəstəliklər səbəbiylə bağırsaq divarında yaranan problemlər, bağırsaq tuberkulyozları, radioterapiyalardan sonra meydana çıxan bağırsaq problemləri və xüsusilə yaşlılarda müşahidə olunan bərkimiş ifrazat bağırsaqda tıxanma yaradan səbəblərdəndir. Qarın və qasıqdakı yırtıqlar ( qrija) da bağırsaqda keçməməzlik yarada bilən təhlükəli səbəblərdir.

Əlamətləri

Bağırsaqlarda gündə 8-10 litr maye dolaşımı olur. Bağırsaq tıxandığında isə bu maye ifraz olunmadığı üçün ağıza qayıdaraq və qusma başlayır. Ən vacib və ilk əlamət qusmaqdır. Keçməməzlik yuxarıdadırsa qusmaq təmizdir, keçməməzlik bağırsağın aşağı hissəsindədirsə qusmaqda yaşıl rənglər olur. Qusmaqdan başqa, qaz çıxartma, şişlik və qarın ağrısı kimi əlamətlərlə özünü biruzə verə bilər.

Bu yazını yaxınlarınızla paylaşın:
Yazının müəllifi

Dr. Ruslan Ağayev

Ümumi bariatrik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.