29 Mart 2017

Bağırsaq iltihabı və xəstəlikləri

Həzm kanalında ortaya çıxan və ümumiyyətlə xroniki iltihablardan hesab olunan bağırsaq iltihabı xəstəliyi, bağırsaq divarında xora, şişmə, yaralanma, qanama və zədələnmə kimi əlamətlərlə özünü göstərir.

İltihabı bağırsaq xəstəliyinin ülseratif kolit və kron xəstəliyi kimi bilinən 2 növü var. Lakin bəzi məlumatlarda bildirilir ki, iltihabı bağırsaq xəstəliyinin adıçəkilən xəstəliyə bənzəməyən bir növü də var. Hər ikisində alovlanma və ya yatışmaların görüldüyü bildirilir. Alovlanma dövrünün ardından ibarət olan səssizlik dövründə xəstəlik qismən sakitləşir və şikayətlənmələr ortadan qalxır.

Bağırsaq iltihabının müalicəsində qoyulmuş diaqnoza uyğun fiziki müayinə, laborator tapıntılar və qalın bağırsağın göstərmə üsulları müəyyən edilir. Nəcis və qanın laboratoriyada tədqiq edilməsi əhəmiyyət daşıyır.

Müalicə, xəstəliyi dərəcəsinə və təsirinə görə bağırsaq sahəsində olan işlər həkim tərəfindən planlanır. Məlumata görə, daha çox dərmanla müalicə edilir. Kafi nəticə ala bilməzsəniz və ya xəstəlik ən başından etibarən şiddətli olarsa damar yolu ilə kortikosteroid dərmanlar verilə bilər. Bəzi hallarda müalicədə immuniteti gücləndirən dərmanlardan da istifadə edilir.

Bu yazını yaxınlarınızla paylaşın:
Yazının müəllifi

Dr. Ruslan Ağayev

Ümumi bariatrik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.