Artıq çəkiyə son
Əgər BKİ-niz 35-dən yuxarıdırsa aşağıdakıları oxuyun, BKİ-niz 35-dən aşağıdırsa heç baxmayın. Artıq çəkili insanlarda olan problemləri anlamaq üçün kök olmaq lazımdır. Bir çoxları kənardan ancaq yaxşı məsləhətlər verir: Yeməsin arıqlasın, nəfsinə sahib çıxsın, ağzına sahib çıxsın, az yesin, hərəkət eləsin, idmanla məşğul olsun, az yatsın vəs. Ancaq kökəlmənin də bir mərhələsi var ki, o nöqtədən sonara adi dieta, idman vasitəsilə arıqlamaq çox amma çox çətin olur. Mümkün olanda isə dietanı, idmanı kəsən kimi itirilmiş kiloqramlar çox qısa bir zamanda geri qayıdır. Bu insanlar hər hansı bir yerə getdikdə, toyda , ad günü, restoranda kafedə , ticarət mərkəzində, içtimai nəqliyatda bir sıra narahatçılıqlarla qarşılaşırlar, geyim seçimində, yemək seçimində və hətta bəzən dost seçimində belə narahatçılıqlar, problemlər olur. Bayaq qeyd etdiyim kimi, bunu anlamaq üçün kök olmaq lazımdır. Şəkildə gördüyünüz insanlar bir vaxtlar kök olmuşdular, lakin onlar bu qərarı verdi və əməliyyat olundular: mədə kiçiltmə əməliyyatı və nəticə göz qabağındadır.
‘Artıq çəkiyə son!” silsiləsindən növbəti uğurlu əməliyyat! Bədən çəkisi 130kq, Bədən kütlə indeksi (BKİ) 44.5 olan, 3-cü dərəcə piylənmədən əziyyət çəkən pasientdə mədə kiçiltmə əməliyyatı həyata keçirildi.
Bu göstəricili BKİ üçün əməliyyat qaçılmazdır!