Arıqlamaq asandır
İnsan ac qaldığı vaxt enerji mənbəyi olaraq orqanizm öz ehtiyatlarından istifadə etməyə başlayır. Beyin üçün əsas enerji mənbəyi olan qlükozanın orqanizmdəki ehtiyatı cəmi bir günlükdür. Əgər zülal ehtiyatları tükəndisə, orqanizm skelet əzələlərinin, qaraciyərin və başqa orqanların zülallarını parçalayaraq amin turşulardan qlükoza sintezləşdirməyə başlayır.
Ac qalmaq sağlamlığa zərər verir və mənasızdır, onun zərərli nəticələri isə özünüz uzun müddət sonra büruzə verə bilər. İnsanlar səhvən düşünürlər ki, gün ərzində 8 stəkan su içməlidirlər.
İnsana gün ərzinə təxminən 2,5 litr maye tələb olunur, hansı ki, bunun 1 – 1,5 litri içkilərlə, qalanı isə – qidayla alınır. Bir çox məhsulların tərkibində böyük miqdarda su olur. Əgər çay və meyvə şirəsi içiriksə, şorba, meyvə və tərəvəz yeyiriksə, böyük miqdarda əlavə su içməyə ehtiyac yoxdur. Fiziki fəallıq və isti iqlim suya olan ehtiyacı artıra bilər, bu barədə məlumatı isə orqanizm özü bizə bildirir.Çəkinizi hesablayın
BKİ (Bədən Kütlə İndeksi) / BMI (Body Mass Index), bədən çəkisinin (kq), boyun kvadratına (m²) bölünməsi ilə hesablanır. Bu dəyər yaş və cinsiyyətdən asılı deyil.
BMI, uşaqlarda, hamilə qadınlarda və çox əzələli insanlarda düzgün nəticə vermədiyi üçün istifadə edilməməlidir.
Nümunə: Tükəzban xanımın çəkisi 70 kq, boyu isə 1.60 m-dir. Buna görə Tükəzban xanımın BMI dəyəri:
70 / (1.60)² = 70 / 1.60 x 1.60 = 70 / 2.56 = 27.34 kq / m²dir.
asan hesablama üsulu (70 / 1.60 / 1.60)
Cədvəlimizə görə Tükəzban xanım artıq çəkilidir.